Təbrizlilər çörəyin bahalaşmasına etiraz edirlər

05:33 - 28 Aprel
    705 oxunma

Keçən günlərdə Təbrizdə çörəyin qiyməti 30 ilə 40 faiz arası bahalaşdırılıb. Yerli siyasətçilər, mədəni fəallar və sosial media istifadəçiləri Ramazanın ilk günləri və pandemiyanın ortasında qiymətlərin artmasına etiraz edir. Təbriz şəhərində çörəyin qiymətinin bahalaşması, onsuz da koronavirus pandemiyası səbəbilə iqtisadi çətinliklər yaşayan aşağı gəlirli ailələrin həyat şəraitini daha da ağırlaşdırıb. 

Bizimxeber.az bildirir ki, İLNA agentliyi xəbər verir ki, Təbriz şəhər şurasının üzvü Qulamhüseyn Məsudi Reyhan bazar günü şuranın iclasında çörəyin bahalaşmasına kəskin etiraz bildirib. O, bununla işlərini itirən işçilərin həyatının alt-üst olduğunu söyləyib.

“Bilmirəm bu pandemiya şəraitində hansı ağıllı çörəyin qiymətini artırıb. Bu qərarı verənlər ya çörək almırlar, ya da ki, çörəyin bahalaşması onların həyatına təsir etmir. Üç aydır işini itirən işçilərin həyatı çörəyin bahalaşması ilə altüst olur,” aprelin 26-da Təbriz Şəhər Şurasının iclasında danışan Məsudi Reyhan ifadə edib.

Şəhər Şurasının üzvü sənətkarların məişət şəraitinə də diqqət çəkib: “Tətillər səbəbilə sənətkarlar və aşıqlarımızın vəziyyəti çox pisləşib. Onlara mədəniyyət və incəsənət büdcəsindən yardım ayırmaq mümkündür.” 

Sosial media istifadəçiləri və Təbrizdə fəaliyyət göstərən internet portalları qiymətlərin artmasından əlavə çörəyin çəkisinin də azaldığını önə çəkirlər. Təbriz icra başçısı Behruz Məhdəvi isə deyib ki, səbəb həyati məhsul istehsal edənlərin müflisləşməsinin qarşısını almaqdır. “Çörəkçilərin zərərlə işləməsinin qarşısını almaq üçün qiymətləri artırdıq,” o bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84