TƏBİB sədri peyvəndin əlavə təsirlərini açıqladı

22:35 - 18 Yanvar
    6360 oxunma

"Hər bir vaksinin əlavə təsiri var. Bizim COVİD-19-a qarşı ilkin mərhələdə seçdiyimiz inaktiv vaksinlərin əlavə təsirləri daha azdır. Bu əlavə təsirlər baş ağrısı, yüngül qızdırma, bəzən isə halsızlıq ola bilər".

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı "Xəzər” kanalına müsahibəsində deyib. R.Bayramlı əlavə edib ki, Azərbaycanda istifadə edilməyə başlanılan vaksinlər Türkiyədə 1 milyondan çox həkimə vurulub və heç bir əks təsir aşkarlanmayıb:

"Ölkəmizə gətirilən hər bir vaksin laboratoriya sınaqlarından sonra qəbul edilir. Ölkəmizə gətirilən vaksin seriyası da Türkiyə Səhiyyə Nazirliyinin Əczaçılıq Qurumunun laboratoriyalarında iki həftəlik analiz proseslərindən keçib. Əlimizdə onların bütün analizlərdən uğurla keçməsi barədə rəsmi məlumatlar var. Anlaşmaya uyğun olaraq, bundan sonrakı vaksin partiyaları da belə gətiriləcək”. 

Bizimxeber.az

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84