TƏBİB: Qaydalara riayət olunmasa və rəqəmlər artsa...

18:22 - 25 İyun
    1170 oxunma

Operativ Qərargah karantin rejiminin daha da sərtləşməsi ilə bağlı qərar versə, bunu bildirəcək.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, bu barədə əvvəlcədən bir şey demək düzgün olmaz: "Hər şey bizim statistikamızdan, eyni zamanda insanların davranışından asılıdır. Hətta SMS-lə də bayıra çıxanda bu o demək deyil ki, maska taxmayacaqsan. Kimsə ərzaq almağa gedə bilər, bu, normaldır, amma yenə də maska taxılmalı və sıxlıq yerə girilməməlidir. Biz sərtləşməyə getmək istəməsək də, qaydalara riayət olunmasa və rəqəmlər artsa, məcburiyyət qarşısında qalıb sərtləşməyə getməli olacağıq. Amma bu barədə yenə də Operativ Qərargah qərar verəcək".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84