TƏBİB-dən rayona getmək istəyənlərə: "Səbrli olmağı tövsiyə edirik" 

17:20 - 10 İyul
    1180 oxunma

"Yay mövsümü ilə əlaqədar rayona gedə bilməyən insanlardan çoxsaylı müraciətlər alırıq”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, təəssüf ki, bütün dövrlərdə pandemiya ilə mübarizədə ən effektiv üsul karantin metodudur:

"Bu xəstəliyin inkubasiya dövrü 14 gündür. İnsanlar Bakıdan rayona və ya rayondan paytaxta gəlməklə digər insanları da bilmədən yoluxdura bilər.

Bu məsələ nəzərə alınır. İnsanların həyatını riskə atmamaq üçün bu məsələ hələlik müzakirə edilir. Səbrli olmağı tövsiyə edirik”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84