. .

TƏBİB: “Britaniya ştammı uşaqlar üçün təhlükəlidir”

11:22 - 19 Mart
    12638 oxunma

Azərbaycanda koronavirusa yoluxma sayının artmasını Britaniya ştammı ilə əlaqələndirmək doğru deyil. Bunu ARB24-ün "Nə baş verir?” verilişinə açıqlamasında TƏBİB-in Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. 

O bildirib ki, hansı ştammın olmasından asılı olmayaraq insan təması yüksək olan yerlərdə yoluxma sayları artacaq: "Koronavirusa yoluxan şəxs onun Britaniya ştammı olub-olmamasını özü müəyyənləşdirə bilməz.Vətəndaşa da onda hansı ştamm olması barədə məlumat verilmir.

Ştamdan asılı olmayaq, müalicədə hansısa fərqlilik yoxdur. Tək fərq odur ki, bu virusun yoluxuculuq qabiliyyəti daha yüksəkdir”. Vasif Əliyev onu da qeyd edib ki, Britaniya ştammını uşaqlar ağır keçirəcək.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84