TƏBİB: "Ağciyərində “buz kristalı” çıxan 600-dən çox xəstə var"

18:53 - 03 İyul
    3450 oxunma

“Rayonlara gediş-gəliş, evdə qalmaq məcbur verilmiş qərardır. Əgər hiperdinamiya olacaqsa, bunun çarəsinə bir şəkildə baxılmalıdır. Evdə xüsusi idman hərəkətləri etmək mümkündür”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, xəstəlik lokallaşdırılmasa, infeksiya daha çox əraziyə yayılmış olacaq: “Nə qədər erkən normal həyata qayıtsaq, o qədər sağlamlığımız üçün xeyirlidir. Rentgendə ağciyərində “buz kristalı” çıxan 600-dən çox müalicə alan xəstə var. Onları da koronavirus xəstəsi kimi müalicə edirik”.

R.Bayramlı əlavə edib ki, serioloji testlərin edilməsinə başlanılıb: “Yeganə doğru üsul PCR üsuludur. Bunun da cavabı 4-8 saat və ya 24 saata kimi çəkə bilər”. (Report.az)


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84