Tbilisidə bu gün mitinqlər yenidən başlayacaq

11:53 - 09 Noyabr
    1580 oxunma

"Rustavi 2” televiziya şirkəti xəbər verir ki, Gürcüstan MSK binası qarşısındakı etiraz mitinqi sona çatıb, iştirakçılar dağılışıb. 

Gürcüstan müxalifət partiyalarının liderləri tərəfdarlarını aksiyanı dayandırmağa çağırıblar. Müraciətdə iştirakçıların təhlükəsizliyi üçün mitinqin başa çatmasının lazım olduğu bildilib və mitinqin bazar ertəsi axşam 6:00-da davam etdirilməsi təklif edilib.

Televiziya şirkəti bildirir ki, siyasi liderlərin çağırışından dərhal sonra fəalların çoxu ərazini tərk etməyə başlayıb. Gürcüstan müxalifət partiyası "Vahid Milli Hərəkat”ın lideri Nika Melia jurnalistlərə bazar ertəsi müxalifətin "konkret planlar barədə qərar verəcəyini" söyləyib.

Xatırladaq ki, minlərlə müxalifət tərəfdarı yeni parlament seçkilərinin keçirilməsi və MSK sədri Tamara Jvaniyanın istefasını tələb edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84