“Tarqovı”dakı fləşmoba görə bir nəfərə töhmət verildi, digərlərinə xəbərdarlıq edildi

19:53 - 31 May
    1000 oxunma

Xəbər verdiyimiz kimi, mayın 29-da paytaxtın Səbail rayonu ərazisindəki “Fəvvarələr Meydanı”nda  xüsusi karantin rejiminin qaydalarına zidd olaraq “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar qısamüddətli fleşmob keçirilməsinə cəhd edilib. 

Bizimxeber.az-ın əldə etdiyi məlumata görə, sözügedən tədbirin vaxtının qarşısı alınmamasına görə, Bakı şəhər İcra Hakimiyyətinin bir əməkdaşına töhmət verilib.

Belə ki, hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən şəhər icra hakimiyyəti strukturlarına və rayon icra hakimiyyətlərinə xüsusi karantin rejimi dövründə belə halların yolverilməməsi ilə bağlı ciddi tapşırıqlar verilib, bəzi əməkdaşlara ciddi xəbərdarlıq, şəhər icra hakimiyyətinin bir məsul işçisinə isə xüsusi karantin rejiminin pozulmasına yönəlik cəhdlərin qarşısının vaxtında alınmadığı üçün töhmət verilib.

Xatırladaq ki, ötən gün fləşmobun təşkilatçısı saxlanılaraq onun barəsində cinayət işi açılıb, 50 nəfər isə inzibati qaydada məsuliyyətə cəlb edilib.

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84