Tarif Şurasının qərarı hansı məhsulların bahalaşmasına səbəb olacaq?

12:56 - 05 Yanvar
    1080 oxunma

Xəbər verdiyimiz kimi yanvarın 4-də Tarif Şurasının qərarı ilə Aİ-92  benzin və dizelin qiyməti qaldırıldı. Belə ki, Aİ-92 benzinin qiyməti 10 qəpik qaldırılaraq 1 manat, dizel isə 80 qəpik oldu. Bu gün hər kəsi maraqlandıran sual benzinlə dizelin bahalaşması hansı sahələrin və məhsulların bahlaşmasına səbəb olacağıdır.

Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, qiymət artımı müxtəlif mal və xidmətlərin maya dəyərində müxtəlif səviyyələrdə öz əksini tapacaq: “Yəni əksər malların maya dəyərində yanacaq daha çox paya malikdir. Bu da onu deməyə imna verir ki, bütün mal və xidmətlərin qiymətləri artacaq. Təbii ki, qiymətlərin formalaşmasında müəyyən qədər başqa səbəblər və təsirlər də var. Hökumət öz açıqlamasında göstərir ki, ictimai nəqliyyatla bağlı müəyyən kompensasiya mexanizmləri hazırlayacaq və yaxud da kənd təsərrüfatında dizelin bahalaşmasından yarana biləcək zərəri nəzərə alacaq.

Amma bazarda qiyməti formalaşdıran faktorlar var. Kənd təsərrüfatında dizelin bahalaşması nəticəsində yaranmış fərqi aradan qaldırmaq heç də ümumi problemi həll etmir. Çünki məhsulun və xidmətin formalaşmasında istifadə olunan bütün alətlər bahalaşır. Bu da dolayısı ilə bütün növ xidmətlərin və malların qiymətlərinin bahalaşmasına gətirib çıxara bilər. Amma burada əhalinin alıcılq gücü də vəziyyətə təsir edəcək. Ola bilsin ki, indiki halda əhalinin alıcılq gücü müəyyən qədər bahalaşma təzyiqlərini neyterallaşdıran faktor kimi  çıxış etsin. Çünki alıcılıq çox aşağıdır. Qiymət artımının hansı məhsullara təsir edəcəyini bazar müəyyənləşdirəcək.

İlk təsirlər özünü əkinçilikdə öz əksini tapacaq. Çünki orada texnikanın istifadəsində dizel daha çox işlənir. Hesablamalar onu göstərir ki, qiymət artımından kənd təsərrüfatı üzərində yarana biləcək zərərlər 70-80 milyon arasında olacaq. Amma hökumət deyir bunu nəzərə alacağıq. Amma necə olacağı ilə bağlı dəqiq məlumat yoxdur. Görünən odur ki, kənd təsərrüfatı məhsulları ən az zərər görəcək məhsullar olacaq. Çünki hökumət onu nəzərə alacaq. Eləcə də ictimai nəqliyyat da.

Rəşad Həsənov vurğulayıb ki, siqaret vacib məhsul növü deyil: “Əslində bu məhsulun bahalşması onun istehlakını aşağı salır. Düzdür, bəzi hallarda Ümumdünya Səhiyyə Təşkilatının hesabatları bəzən tam əksini göstərir. Konkret hansı məhsullara qiymət artımının təsir edəcəyini zaman göstərəcək. Çünki çox zaman bir faktor qiymət artımına təsir göstərmir. Çünki qiymətin formalaşması bazarda olan amilləri birgə formalaşdırır. Biz ötən gün birinin bahalaşmasını gördük. Bunun necə təsir edəcəyini növbəti mərhələdə görəcəyik. Taksi xidmətləri mütləq bahalaşacaq. Çünki çox guman ki, taksi kompensasiya olunacaq xidmətlər arasında olmayacaq. Yük daşımalarında xidmətlər birmənalı olaraq bahalaşacaq. Əgər yükdaşımaya təzyiq varsa, bu, bütün məhsulların qiymətinə təsir edəcək. Siqaretin qiymətində də bahalaşmaların olması gözləniləndir. Amma bu artım benizinlə əlaqəli deyil. Çünki benzin siqaretin qiymətinin formalaşmasında ən axırıncı amildir”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84