Tarif Şurasına iqtisadiyyat naziri sədrlik edir 

11:57 - 01 Fevral
    9840 oxunma


Loading...

Fevralın 1-dən Azərbaycanda su bahalaşıb. Tarif (qiymət) Şurası “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin müraciətinə baxaraq əhali üçün bir kubmetr suyun qiymətini Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 70 qəpiyə, digər inzibati ərazi vahidlərində 60 qəpiyə, bir kubmetr tullantı suyunun axıdılması xidmətinin qiymətini ölkə üzrə 30 qəpiyə qaldırıb. 

2016-cı il mayın 16-dan bir kubmetr su təchizatının tarifi əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi ölkə üzrə bir kubmetr üçün 15 qəpik idi.

Tarif (qiymət) Şurasına iqtisadiyyat naziri sədrlik edir. 

Bizimxeber.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev şərhində yazır ki, istehlak olunan suyun qiymətini 70 qəpikdən yox, 1 manatdan hesablamaq gərəkdir: “Hökumət mənzildə işlədilən suyu kanalizasiya və qeyri-kanalizasiya istehlakı kimi ayırmır – bütün istehlakı içməli su və kanalizasiya tarifinə birlikdə vuraraq qəbzdə cəmi ödəməli olduğumuz haqqı yazır. Yəni su kranınız açıldığı an sayğac 1 manatdan hesablayır, istehlakı kanalizasiya və qeyri-kanalizasiya məqsədli su kimi ayırmır.

Azərbaycan vətəndaşının büdcəsi üçün 1 manat su haqqı çox yüksəkdir. Minimum istehlak səbətində hər ay bir sakin üçün 10 kubmetr su nəzərdə tutulur. 4 nəfərlik ailə üçün minimum 30 kubmetr işlənir – hətta israfçılıq olmadan belə. Bu, 30 manat deməkdir.

Kommunal xidmət şirkətləri boğaza qədər korrupsiyada olmasa, adi bir şöbə rəhbəri 100-150 minlik maşında gəzməsə, hesabatlılıq və şəffaf qiymət əmələgəlmə sistemi olsa, xidmətlər keyfiyyətli olsa, qiymətlərin yüksəkliyi insanları indiki qədər narazı salmazdı.

Hökumət ciddi və real islahatlar aparmadan iqtisadiyyatın ağır yükünü vətəndaşa yükləyir. Hiss olunur ki, məmurların vətəndaşın cibindən real məlumatları yoxdur”. Ekspert qeyd edir ki, Türkiyədə su və kanalizasiya xidmətləri bələdiyyələrin səlahiyyət dairəsinə aiddir: “Su tariflərini də insanların mandat verib seçdiyi yerli vəkillərdən ibarət məclislər (yerli parlamentlər) müəyyən edir. Yəni tariflərin formalaşması tam şəffaf, açıq müzakirələr nəticəsində baş verir.

Paytaxt Ankaranın bələdiyyə başqanının seçkilərdə əsas vədlərindən biri suyu ucuzlaşdırmaq və yoxsul ailələrə güzəştli su tarifi tətbiq etmək idi. İndi bələdiyyə pilləli tarif sistemi tətbiq etməyə hazırlaşır. Təklif olunur ki, sosial yardım alan ailələrə hər kubmetr su 1 lirə (22 qəpik) olsun. 15 kubmetrə qədər istehlak üçün 7,5 lirə, 15 kubmetrdən artıq istehlak üçün 9 lirə ödəniş planı var.

Hazırda Türkiyədə minimum maaş 2825 lirədir. 7,5 lirə tariflə minimum maaş 390 kubmetr suya çatır. Bizdə minimum maaşa 250 kubmetr su düşür. Ankara şəhər bələdiyyəsi onun su təsərrüfatına bağlı ətraf kəndlər üçün təsdiqlənmiş tarifin 20 faizini tətbiq edir. Bina və həyət evləri üçün də fərqli tariflər var”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84