Tanınmış teleaparıcı işdən çıxarıldı

14:57 - 18 Avqust
    15950 oxunma

ARB telekanalı tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı ilə yollarını ayırıb. Bizimxeber.az xəbər verir ki, işdən çıxmasını News24.az-a təsdiqləyən aparıcı bildirib ki, heç bir səbəb göstərmədən televiziya rəybərliyi onun müqaviləsinə xitam verib:"Pandemiya dövründə müqaviləyə xitam verilməsi nə dərəcədə doğrudur?

Bu qanunla necə tənzimlənir, onu bilmirəm. Hətta bu pandemiya dönəmində işçilərin işdən çıxarılmaması ilə bağlı dövlət başçısının da tövsiyəsi var. Lakin bildiyim tək şey odur ki, müqaviləyə xitam verilib. Konkret heç bir səbəb yoxdur. ARB-dən ayrılan tək mən deyiləm, bir neçə aparıcı işdən çıxıb”.

Teleaparıcı bildirib ki, iş ilə bağlı gələcək planları da elə peşəsi ilə bağlıdır: "Peşəm teleaparıcılıq, telejurnalistikadır. Demirəm ki, başqa sahədə işləmək düşüncəmdə yoxdur. O da ola bilər, amma yəqin ki, yenə də televiziyada fəaliyyətimi davam etdirəcəyəm. Ümumiyyətlə, gələcəklə bağlı hələ heç nə deyə bilmərəm. Təkliflər olduğu halda dəyərləndirəcəyəm. Təbii ki, mənə uyğun layihə olmalıdır. Mən efirdə belinə şal bağlayıb, haxışta deyənlərdən ola bilmərəm. Efirdə atılıb düşmək mənim imicimə, xarakterimə uyğun deyil. Normal tok-şou olarsa razılaşa bilərəm”.

Rövşanə Ağasəfqızı qeyd edib ki, əksər hallarda reytinqsiz telekanallar bunda aparıcını günahlandırır:

"Kanalın reytinqi yoxdursa günahı aparıcıda görmək lazım deyil. Aparıcı olaraq öz reytinqimi hər zaman bilmişəm. Adi bir statusum hadisəyə çevrilirsə, verilişlərdən çıxarışlar trendə düşürsə, bunu aparıcı olaraq öz reytinqim kimi dəyərləndirirəm. Bütün tamaşaçılar da bilir ki, Rövşanə Ağasəfqızının aparıcı olaraq reytinqi var. Sadəcə olaraq kanal reytinqsiz olanda günahı aparıcıda görürlər. Telekanalda mənə verilişin reytinqinin aşağı olduğunu dedilər.

Ola bilər. Mənə maraqlıdır ki, bütün sosial şəbəkələrdə veriliş yayımlanan günün sabahı trendə düşən kadrlar olur. Reytinq efirə çıxıb ağzına gələni danışmaq deyil. Veriliş xınayaxdı məclisi deyil. Verilişdə bağırmaq, söz atmaq reytinq yığmaqdırsa, mən onu bacarmayacam”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84