Tanınmış jurnalist nazirlikdəki vəzifəsindən azad olundu

11:58 - 29 İyul
    1825 oxunma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsində ictimaiyyətlə əlaqələr sektorunun müdiri tanınmış jurnalist Səfurə Çərkəzqızı vəzifəsindən azad olunub. Bu barədə S.Çərkəzqızı özü bildirib. Jurnalist hazırda işsizdir.

Qeyd edək ki, Səfurə Çərkəzqızı 1997-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 90-cı illərdən jurnalist kimi fəaliyyətə başlayıb. "P.S. Gənclik”, "7 Gün”, "Rezonans”, "Həftə içi” qəzetlərində, "Lider”, ARB televiziyalarında çalışıb. 

Nazirlikdəki təyinatdan öncə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində məsləhətçi kimi işləyib. O, jurnalistika ilə yanaşı, bədii yaradıcılıqla da məşğuldur. "And olsun atlara!” və "Sevdalılar” adlı kitabların müəllifidir. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84