Tanınmış aktyor Gömrük Komitəsinin qərarını “Nağıllar aləminə səyahət” adlandırdı

13:13 - 28 Avqust
    2210 oxunma

"Çox düşündüm və belə qərara gəldim ki, Dövlət Gömrük Komitəsi-nin son düzəlişi birmənalı şəkildə ləğv olunmalıdır”. 

Bizimxeber.az bildirir ki, bu sözləri tanınmış aktyor və aparıcı İlkin Həsənli özünün sosial şəbəkə hesabında yazıb. "Hətta səbr edib, komitə sədrinin 30 dəqiqəlik intervyusunu da dinləyib, yarım saatlıq nağıllar aləminə səyahət etdim. Bu gün komitə olaraq siz yerlə sürünən və hətta intihar dərəcəsinə çatmış yerli sahibkara dəstək olmaqdansa, pandemiya ilə əlaqədar rüsumları müvəqqəti azaltmaqdansa, ağlınıza gələn yersiz qərarlar qəbul edirsiniz. 

Arada mənə elə gəlir ki, kimsə bu məntiqsiz qərarlarla xalqın səbrini test edir, kabinet oradan, komitə buradan, qərargah da bu tərəfdən! Etməyin belə! Bu həssas dönəmdə yeni villalarınız haqqında deyil, çökmüş sahibkarlar haqqında düşünün!”

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84