Tağı İbrahimovun şirkətinin özbaşınalıqlar - "Nərimanov icra başçısına də şikayət etmişik"

13:51 - 21 Avqust
    2195 oxunma

Bakı şəhər, Nərimanov rayon sakinləri “Nehrəm” MTK-nın özbaşınalıqlarından şikayətçidirlər. 

Sakinlərin Unikal.org-a verdiyi məlumata görə, sözügedən MTK-nın Nərimanov rayonu, Həsən Əliyev 33, Məhəllə 945-də inşa etdirdiyi yeni və köhnə çoxmərtəbəli yaşayış binaları arasında ara məsafəsi qorunmur, həmçinin yeni binanın tikintisində təhlükəsizlik qaydalarına əməl olunmur.

Sakinlərə satılan binadakı mənzillərin çıxarışı sahiblərinə verilmir. Əhalinin “Nehrəm” MTK-ya verdiyi kommunal ödənişlər isə aidiyyatı dövlət qurumlarına ödənilmir. Qeyd edək ki, “Nehrəm” MTK-nın təsisçisi "ATV" televiziyasının sabiq prezidenti Tağı İbrahimovdur.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84