. .

Tacikistan- Qırğızıstan sərhədində atışma - Yaralananlar var

17:07 - 29 Aprel
    4670 oxunma

Qırğızıstan hərbçiləri Tacikistan sərhədçilərinə qarşı atəş açıblar.

Bu barədə Tacikistan Dövlət Təhlükəsizlik Komitəsi məlumat yayıb. Bildirilib ki, insident bu gün saat 13:05-də Qolovnaya supaylama məntəqəsinin İsfara çayının yuxarı axınında yerləşən hissəsində baş verib.

Qarşıdurma nəticəsində iki Tacikistan vətəndaşının güllə yarası aldığı bildirilir. Məlumata görə, Düşənbə Qırğızıstan tərəfinin hərəkətlərini Tacikistanla ikitərəfli müqavilələrin pozulması kimi qiymətləndirir.

“1924-1927 və 1989-cu illərin xəritələrinə uyğun olaraq Qolovnaya supaylama məntəqəsi tamamilə Tacikistana məxsusdur və 1968-ci ildən bu yana Tacikistan, Qırğızıstan və Özbəkistanın sərhəd bölgələrinin suvarma və su təchizatı üçün istifadə olunur”,- deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu 980 km-dir. Sovet İttifaqının dağılmasından sonra iki ölkə arasında sərhəd yaxınlığında yerləşən müxtəlif ərazilər və obyektlər mübahisəli olaraq qalır.

Hazırda sərhədin delimitasiyası və demarkasiyası zamanı artıq 580 km sərhəd keçid xətti qeydə alınıb.

Demarkasiya komissiyasının son iclası 2021-ci ilin martında keçirilib, nümayəndə heyətlərinə Tacikistan və Qırğızıstan Milli Təhlükəsizlik Komitələrinin sədrləri rəhbərlik edib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84