Susuz qalan bu kəndin ağsaqqalı belə ağladı - VİDEO

16:01 - 28 Avqust
    3010 oxunma

Şabran rayonunun Leyti kəndi susuzluqdan əziyyət çəkir. Baku TV-nin xəbərinə görə, bir neçə ildir ki, kənddə su yoxdur. Sakinlər bildirir ki, kəndin cəmi bir yerində - bulaqdan su gəldiyindən hamı buraya toplaşır. Bununla da kənddə hər ailədən bir nəfər bütün gününü su daşımağa sərf etməli olur.

Onlar bulaqda növbə ilə saatlarla gözləməli olurlar. Əldə olunan bir qab su isə heç bir tələbatı ödəmir. Məsələ ilə bağlı kənd icra nümayəndəliyindən Baku TV-yə bildiriblər ki, dövlət başçısının sərəncamı ilə hazırda bir neçə kənddə artezian quyularının vurulmasına başlanılıb.

Leyti kəndində də bu ilin sonuna kimi artezian quyusunun qazılması nəzərdə tutulub. Qeyd edək ki, rayon mərkəzindən 15 kilometr aralıda yerləşən Leyti kəndinin əhalisi 200 nəfərə yaxındır.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84