Şuşaya İskəndər-M raketini kim atıb? – Tonoyan niyə susur?
-
10560 oxunma

Ermənistanın keçmiş Müdafiə Naziri David Tonoyan Qarabağ müharibəsi zamanı Ermənistan tərəfinin İskəndər raket sistemlərindən istifadə edib etmədiyini söyləməkdən imtina edib.
Bizimxeber.az erməni mətbuatına istinadən bildirir ki, Tonoyan həmçinin keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın Təhlükəsizlik Şurasının iclasında hesabat təqdim edib-etmədiyi, döyüşlərin dördüncü günü müharibəni dayandırmağı təklif edib-etmədiyi sualına da cavab verməyib.
Ancaq keçmiş nazir Baş Qərargah rəhbərinin onun xəbəri olmadan heç bir hesabat təqdim edə bilməyəcəyini vurğulayıb.
"Təhlükəsizlik Şurasının iclasları dövlət sirridir və bunu açıqlamaq niyyətində deyiləm. Müharibənin nəticələrinin araşdırıldığı zaman bütün sualları cavablandıracağam. İstintaqda iştirak etməyə hazıram" - deyə sabiq nazir bildirib.
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84