Şuşaya gedə bilməyən Əməkdar artist təşkilatçılardan gileyləndi

15:48 - 30 Dekabr
    1260 oxunma

Azərbaycanın bir qrup mədəniyyət üzvü işğaldan azad olunan Şuşa şəhərinə səfər edib. Bu addım əslən Şuşadan olan Əməkdar artist Zöhrə Abdullayevanı məyus edib. Belə ki, bu barədə sosial şəbəkə hesabında yazan müğənni həmin konsertə dəvət olunmamasından gileylənib: 

"Şuşada Cıdır düzündə çıxış edən ifaçıların 70 faizinin ora aidiyyəti yoxdur. 28 il Şuşa həsrəti ilə yaşayan şuşalı müğənnilər dəvət edilmədi. Siyahını görəsən kimlər yazır? Bir-iki müğənninin də ağbirçəklik etdiyini gördük".

Qeyd edək ki, Şuşaya yollanan məşhurlar arasında  Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Sevda Ələkbərzadə, müğənni-bəstəkar Murad Arif və başqaları olub.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84