. .

Şuşadakı bəzi binalar sökülür - Video

12:48 - 03 Aprel
    8798 oxunma

İşğaldan azad edilmiş Şuşa şəhərində bərpa və yenidənqurma tədbirləri davam etdirilir. 

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdən Azərtac-a verilən məlumata görə, işlər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən aparılır.

Hazırda şəhərsalma prinsiplərinə uyğun olaraq bərpa və yenidənqurma işlərinin layihələndirilməsi üzərində iş aparılır.

Həmçinin şəhərdə yaşayış üçün yararsız, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan bəzi binaların sökülməsi də həyata keçirilir. 

Qeyd edək ki, sözügedən söküntü işləri ilə bağlı sosial şəbəkələrdə görüntülər də yer alıb. 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84