Fazil Məmmədovun kürəkəni Londonda daha bir neçə daşınmaz əmlak alıb - FOTOLAR

13:33 - 08 Dekabr
    3210 oxunma


Loading...

Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev (vergilər nazirinin sabiq müavini Namiq Əliyevin oğlu) ötən aylarda Londonda daha bir neçə daşınmaz əmlak alıb. Bu barədə özünün Facebook səhifəsində tanınmış jurnalist Cavanşir Həsənli məlumat verib.

Bizimxeber.az bildirir ki, bunlardan ikisi - Ladbroke Grove 131, W11 1PN və Ladbroke Crescent 25A, W11 1PN  ünvanlarındakı LN11535 və BGL27593 nömrəli mülkiyyət sənədi olan mənzillər bu ilin sentyabrında alınıb. Alqı-satqı müqaviləsi Əbdül Əliyevin İngiltərədəki NOAP PROPERTIES LIMITED şirkəti vasitəsi üzərindən həyata keçirilib. Əmlak bu ilin yayında londonlu agentlər tərəfindən 1.000.000 funt sterlinqə (2.2 milyon manat) təklif olunmuşdu. 

Keçmiş nazirin kürəkəni növbəti daşınmaz əmlakı Croydon, Thornton Heath, Parchmore Road 84a, CR7 8LZ ünvanında alıb. Əbdül Əliyevin Londonda təsisçisi olduğu OKAA PROPERTY LIMITED üzərindən əldə etdiyi əmlakın qiyməti 300.000 funt-sterlinqdir (660 min manat).

OKAA PROPERTY LIMITED vasitəsilə LANCASTER BUSİNESS PARK-dakı keçmiş əyləncə mərkəzinin (Leisure Centre) ərazisi (LAN21656 saylı mülkiyyət sənədi) də satın alınıb. 

Sabiq nazirin kürəkəni bundan əvvəl - bu ilin iyul ayında Nottinghamın NG1 6JB, Long Row küçəsindəki 50, 51 və 52 saylı ünvanı əhatə edən 3 mənzil üçün 1.5 milyon funt sterlinq (3.3 milyon manat) ödəmişdi. (https://m.facebook.com/story.php?story_fbid=289113485680711&id=100037461855242)

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84