Şuşada ilk şirniyyat mağazası açıldı - FOTO

21:52 - 19 Dekabr
    5100 oxunma

!-- Xeberin ortasında video/Inpage/ -->

Şuşada uzun illər sonra ilk şirniyyat mağazası açılıb.

Bizimxeber.az bildirir ki, "AZCAKE"-nin Şuşa şəhərində açılan mağaza filialı ciddi müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan fotolar birmənalı qarşılanmayıb.

Fotoları görən insanlar arasında buna sevinənlərlə yanaşı, şirkət rəhbərliyinə "Şuşaya neçə girə bilmisiz?", "Ora sizi kim buraxıb?", "Ancaq biznes düşünün", "Bu şirniyyatları kimə hansı pula satacaqsız?" kimi suallar ünvanlayıblar.

Qeyd edək ki, “Azcake” MMC-yə məxsus istesal sahəsinin və mağazanın açılmasına dövlət dəstəyi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilib. Belə ki, çörək və şirniyyat məhsullarının istehsalı üçün avadanlıqların alınması və müəssisənin qurulması üçün “Azcake” MMC-yə dövlət dəstəyi göstərilib.

Şuşa Məscidinin yaxınlığında yerləşən istehsal sahəsində gündəlik olaraq 8 min ədəd çörək və şirniyyat məhsulları istehsal edilir. Burada istehsal olunan çörək və şirniyyat məhsulları zabit və əsgərlərimizə pulsuz olaraq verilir.

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84