“Şuşa Azərbaycanın ikinci paytaxtı olacaq” – Ermənilərdən iddia 

13:57 - 09 Dekabr
    1990 oxunma

"Azərbaycan hakimiyyətinin Şuşa ilə bağlı böyük geosiyasi planları var”. Bizimxeber.az Yenisabah-a istinadən xəbər verir ki, bu barədə Qarabağdakı separatşı rejimin rəhbəri Arayik Arutyunyanın müşaviri David Babayan bildirib.

"Şuşanın itirilməsi Ani şəhərinin itirilməsilə müqayisə edilə bilər. Amma problem ondadır ki, 92-ci ildən bu yana  regionda sabitlik üçün əsas faktor olan Şuşa gələcəkdə ciddi geosiyasi mübarizənin katalizatoru rolunu oynaya bilər”, - deyə o əlavə edib.

David Babayan Azərbaycanın Şuşaya yol çəkməsinə toxunaraq bildirib: "Bu onu göstərir ki, Şuşa Bakı üçün yalnız mənəvi dəyər deyil, həm də iqtisadi və hərbi-siyasi mahiyyət daşıyır. İstisna deyil ki, Şuşa yeni yaranacaq Qarabağ inzibati ərazi vahidinin mərkəzi, yaxud daha çox Azərbaycanın ikinci paytaxtı olacaq”.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84