Şurnuxda 12 evin olduğu ərazi Azərbaycana qaytarıldı

16:30 - 04 Yanvar
    1640 oxunma

Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnux kəndində 12 evin olduğu ərazi Azərbaycana təhvil verilib. Bu barədə Gorus icmasının rəhbərinin müavini Menua Ovsepyan "Sputnik Ermənistan"a açıqlamasında bildirib.

Sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində bu evlər, bitişik torpaq sahələri ilə birlikdə Azərbaycana təhvil verilib. 

Kənd nümayəndəsi Akop Arşakyan agentliyə açıqlamasında, kəndlilər son əşyalarını topladığını bildirib. Kəndin Azərbaycana aid hissəsinə girişində nəzarət nöqtəsi qurulduğu bildirilib.

"Bu gün kəndlilərlə bir görüş keçirdik, orada erməni sərhədçiləri, bir neçə rus sülhməramlısı da var idi. Kəndlilərə açıq şəkildə qaytarılan əraziyə keçməməyi, hətta heyvanlarının da orada gəzməməsini təmin etməyi tapşırdılar",-deyə Arşakyan qeyd edib.

Qeyd edək ki, sözügedən evlərin yerləşdiyi ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda - Azərbaycanın Zəngilan rayonunun ərazisində yerləşir. Yəni, Azərbaycan öz suveren ərazisi üzərində nəzarəti bərpa edir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84