Suriyadan açıqlama: "Erməni əsilli döyüşçülər Azərbaycana qarşı döyüşmək üçün Ermənistana aparılıb"

14:55 - 01 Oktyabr
    935 oxunma

Erməni əsilli suriyalı döyüşçülər Suriyadan Ermənistana aparılıb. Bizimxeber.az bildirir ki, bu barədə Suriya İnsan Haqları Monitorinq mərkəzi (Syrian Observatory Human Rights - SOHR) bildirib.

"Etibarlı mənbələr SOHR-ə bildiriblər ki, erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistan tərəfindən Ermənistana aparılıb", - deyə təşkilatın məlumatında qeyd edilir.

Mərkəz bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib. "Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir", -  deyə Suriya İnsan Haqları Monitorinq mərkəzi təşkilatı vurğulayıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84