Sumqayıtda yoldakı “lyuk”a şam ağacı basdırılıb - Foto

12:11 - 08 Fevral
    6560 oxunma


Sumqayıt şəhəri, 9 və 10-cu mikrorayonların kəsişməsində avtomobil yolunda “lyuk”a basdırılan şam ağacının görüntüləri yayılıb. “Qafqazinfo” xəbər verir ki, fotodan da görünür ki, avtomobillərin sıx hərəkət etdiyi dairəyə sancılan ağac gediş-gəliş üçün təhlükə yaradır. Ağacın hansı məqsədlə əraziyə qoyulduğu məlum deyil. 

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan ağacın ərazidə hansı şəraitdə basdırıldığını bilmədiklərini açıqladılar. Qeyd edildi ki, ərazidən keçən kanalizasiya xəttində ötən gün qəza baş verib.

Təmir işlərindən sonra problem aradan qaldırılıb: “Dünən qeyd olunan ərazidə kanalizasiya xəttində baş vermiş qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılıb. Təmirdən sonra kanalizasiya quyusunun qapağının yolla eyni səviyyədə olması üçün betonlama işləri həyata keçirilib. Fotonun nə zaman və hansı şəraitdə çəkilməsi ilə bağlı məlumatımız yoxdur, lakin hazırda sözügedən yolda belə bir hal müşahidə olunmur”.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84