Sumqayıtda Yeni il yolkası söküldü - AÇIQLAMA - FOTO
13:42 - 19 Dekabr
-
1140 oxunma

Sosial şəbəkələrdə Sumqayıt şəhərində Yeni il hazırlığı ilə bağlı fotolar yayılıb. Trend-in məlumatına görə, sözügedən fotoların birində Yeni il yolkasının quraşdırılması və bir müddət sonra onun ərazidən götürülməsi əks olunub.
Məsələ ilə bağlı Sumqayıt İcra Hakimiyyətindən bildirib ki, şəhərin bəzədilməsi ilə bağlı hər hansı qərar qəbul olunmayıb: "Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin bəzədilməsi ilə bağlı hər hansı bir qərar qəbul olunmayıb.
Ümumi hazırlıq işləri həyata keçirilir, lakin yekun qərar gələn həftə veriləcək".
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84