.
.

Sumqayıtda "X6" ilə avtoşluq edən sürücü həbs edildi - FOTOLAR

21:59 - 12 Mart
    11480 oxunma


Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Dövlət Yol Polisi Şöbəsi (DYPŞ) tərəfindən şəhər ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb. 1981-ci il təvəllüdlü Xıdırov Zaur Nəsib oğlu idarə etdiyi BMW markalı 90-TM-800 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edib.

O, Heydər Əliyev prospekti boyunca təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını davamlı şəkildə pozub. Eyni zamanda əhalinin dincliyini nümayişkaranə şəkildə pozmaqla avtoxuliqanlıq edib. Onun bu əməlləri Sumqayıt ŞPİ DYPŞ-nin əməkdaşları tərəfindən aşkar edilən zaman sürücü dərhal saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb.

Sürücü barəsində toplanılmış materiallar Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə sürücü Xıdırov Zaur Nəsib oğlu 15 gün müddətinə inzibati qaydada həbs edilib və onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.


Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84