Sumqayıtda şəhid adını daşıyan bulaq bərbad vəziyyətdə: - FOTO + YENİLƏNİB

15:46 - 24 İyun
    1215 oxunma

Sumqayıtda şəhid bulağı baxımsız vəziyyətdədir. Bu barədə redaksiyamıza ünvanlanan müraciətdə qeyd olunub. Söhbət şəhərin Nəriman Nərimanov küçəsi 20/47A ünvanında yerləşən bulaqdan gedir.

Sözügedən ünvanda yaşayan sakinlər 1992-ci ildə şəhid olmuş Ələsgər Cəmil oğlu Mustafayevin xatirəsini əbədiləşdirmək məqsədilə quraşdırılan bulağın yararsız vəziyyətdə olmasından təəssüfləndiklərini deyirlər: “Şəhid bulağına suyun verilişi dayandırılıb. Bundan əlavə bulağın kənarları uçuq-sökük, su kranı isə qırılmış vəziyyətdədir. Şəhidlərimizin ruhuna hörmətsizlik etmək, onların adını daşıyan bulağa bu qədər laqeyd yanaşmaq nə qədər düzgündür?”

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84