Sumqayıt hansı qanunlarla idarə olunur? - Vergi borcu olan şirkət tender udub... 

16:21 - 28 İyul
    1665 oxunma

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” MMC tərəfindən elan edilən tender müsabiqələrinin qalibləri məlum olub.
Açıqlanan rəsmi məlumatlarda qeyd olunur ki, tender müsabiqələrinin qalibləri fərdi sahibkarlar Murad Qiyas oğlu Həsənov (VÖEN – 7200163142) və Nigar Rauf qızı Bağırova (VÖEN – 1702068062) olublar.

Bu şəxslər Sumqayıt İcra Hakimiyyəti başçısının tabeliyindəki “Sumqayıt Bulvar” MMC-yə Ağac və kol bitkiləri, həmçinin güllər satacaqlar. Murad Həsənov və Nigar Bağırova satacaqları ağaç, kol və güllərin qarşılığında Sumqayıt Şəhər İcra Hakimiyyətindən 159 min 950 manat alacaqlar. 

Qeyd edək ki, Murad Həsənov 112 min manata 1 000 ədəd çinar, 2 000 ədəd leylandi, 600 ədəd iydə, 1 200 ədəd alyandra, 1 500 ədəd zeytun ağacı satacaq. Nigar Bağırova isə 47 min 950 manata ümumilikdə 40 500 ədəd geran, qızılgül, xrezantema, osteopermum və digər adda güllər satacaq.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan Murad Qiyas oğlu Həsənovun hazırda dövlət büdcəsinə 99,09 manat, Nigar Rauf qızı Bağırovanın isə dövlət büdcəsinə 363,77 manat vergi borcu var.

Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün deyil. Yeniavaz.com

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84