ÜST siqaret çəkən koronavirus xəstələrinə yardım edəcək

10:48 - 12 İyul
    1460 oxunma

Müraciət edən şəxslərə müxtəlif terapiya imkanları təqdim ediləcək, xüsusi mobil tətbiq vasitəsilə məsləhət və tövsiyələr veriləcək.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 xəstəliyinin nikotin istifadəçiləri üçün ağır fəsadlarını nəzərə alaraq, nikotin asılılığına qarşı kampaniyaya start verib.

Kampaniyanın məqsədi dünyada ümumi sayı 1,3 milyard nəfərə çatan nikotin istifadəçilərini bu vərdişdən əl çəkməyə, eləcə də terapiya imkanlarından yararlanmağa sövq etməkdir.

ÜST-nin Baş direktoru Tedros Qebreyesus bildirib ki, koronavirus pandemiyası siqaretdən əl çəkmək üçün əsl fürsət rolunu oynaya bilər. Statistik araşdırmalara görə, siqaret çəkənlərin 60 faizi bu vərdişi tərgitmək arzusundadır və beynəlxalq qurum onları bu istiqamətdə dəstəkləyəcək. Müraciət edən şəxslərə müxtəlif terapiya imkanları təqdim ediləcək, xüsusi mobil tətbiq vasitəsilə məsləhət və tövsiyələr veriləcək.

Kampaniyaya İordaniyada start veriləcək və yaxın aylarda dünyanın digər ölkələrində də təqdim ediləcək. İordaniya gənclər arasında nikotin aludəçilərinin həddən çox olmasına görə seçilib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84