. .

ÜST-nin baş direktoru: “İnsanlar peyvənd olmadıqları üçün ölürlər“

14:24 - 24 Aprel
    10661 oxunma

ÜST-nin baş direktoru Tedros Adanom Qebreisus  Hindistanda gündəlik yoluxma sayının rekord dərəcədə artması ilə bağlı narahatlığını dilə gətirib.

Yenisabah.az xəbər verir ki, təşkilatın Cenevrədəki mərkəzində təşkil olunan mətbuat konfransında dünyanın hər yerində insanların peyvənd olmadıqları, müalicə almadıqları üçün öldüklərinə diqqət çəkib.

Hindistanda vəziyyətin mürəkkəb olduğunu və ölkənin müxtəlif bölgələrində fərqli yanaşmaların tələb olunduğunu bildirən Qabreisus, hökumətin peyvənd istehsalını artırmaq üçün atdığı addımları dəstəklədiklərini qeyd edib.

Hindistanda bu günə qədər həyatını itirən 187 770 insan üçün başsağlığı verən baş direktor, ÜST olaraq bu ölkə üçün əllərindən gələni edəcəklərini bildirib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84