ÜST-ün İstanbulda ofisi açılacaq

21:27 - 09 İyul
    1430 oxunma

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İstanbulda ofisi açılacaq. 

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Ankarada səfərdə olan ÜST-ün  Avropa üzrə direktoru Hans Kluqe ilə keçirilən mətbuat konfransında bildirib. O deyib ki, ÜST-ün İstanbul ofisi Covid-19 pandemiyası çərçivəsində gündəlik ehtiyacları ödəyəcək, səhiyyə ilə bağlı mühüm xidmət sahəsi kimi fəaliyyət göstərəcək.

Kluqe isə açıqlamasında bunları qeyd edib: "Məhdudiyyətlərin götürülməsindən sonra ilk səyahətimi Türkiyəyə etdim. "Postcovid” mərhələsinə başlayırıq.

Türkiyə Covid-19-la mübarizədə mühüm dönüş nöqtəsindədir. Yoluxma və ölüm faktı 75% azalıb. Türkiyə test sayını iki dəfə artırdı. Yaşlı insanların ölüm sayı ilə bağlı da böyük uğura imza atıb”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84