ÜST-ün baş direktoru da karantinə gedir

12:29 - 02 Noyabr
    8170 oxunma

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus yaxın zaman ərzində özünütəsrid rejiminə əməl edəcəyini deyib. Bu barədə o, “Twitter” hesabında yazıb. “COVID-19 testi müsbət çıxan şəxslə təmasda olduğum müəyyənləşdirilib”, - deyə o qeyd edib. 

Qebreisus bildirib ki, özünü yaxşı hiss edir və onda xəstəlik əlamətləri yoxdur:“Önümüzdəki günlərdə ÜST protokollarına uyğun olaraq təcrid olunacağam və evdən işləyəcəyəm”.

O qeyd edib ki, koronavirusun yayılmasına qarşı bütün tələblərə aydın şəkildə əməl olunması vacibdir. “Məhz bu şəkildə COVID-19-un ötürülmə zəncirini qıracağıq” , - ÜST-ün direktoru bildirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84