ÜST-dən təcili istifadə üçün icazəni ilk bu vaksin aldı

14:20 - 01 Yanvar
    3480 oxunma

Ümumdünya Səhiyyə Təşkilatı “COVID-19”a qarşı “Pfizer/BioNTech” peyvəndinə ilk dəfə təcili istifadə üçün icazə verib. Bu barədə ÜST-nin tvitter hesabında məlumat verilib.

““COVID-19”a qarşı “Pfizer/BioNTech” bu gün ÜST-dən təcili təsdiq alan ilk peyvənddir. Vaksinin bütün vacib təhlükəsizlik və effektivlik parametrlərinə cavab verdiyini müəyyən etdik. Koronavirusla mübarizədə faydaları potensial risklərdən çoxdur”, - deyə açıqlamada vurğulanıb.

Bildirilib ki, gələcəkdə əlavə məlumatları araşdırdıqdan sonra ÜST təcili deyil, istifadə üçün qalıcı bir icazə verə bilər. 

Qeyd edək ki, sözügedən peyvənd Amerikanın “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanıb.  “BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi türkiyəli alim Uğur Şahindir.

21 dekabr tarixində Avropa Dərman Agentliyi “Pfizer” və “BioNTech” tərəfindən hazırlanmış koronavirus peyvəndinin istifadəsinə icazə verib. 11 dekabrda ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin Qida və Dərman İdarəsi bu COVID-19 peyvəndini təsdiqləyib.

Artıq ABŞ-da və bir sıra digər ölkələrdə istifadə olunur.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84