.
.

ÜST - "Qvineyada yeni Ebola epidemiyası sona çatdı"

18:13 - 19 İyun
    2555 oxunma


Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST ) Qvineyada 12 nəfərin ölümü ilə nəticələnən Ebola epidemiyasının sona çatdığını elan etdi. 

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, ÜST-nin açıqlamasında deyilir ki, fevral ayının ortalarında Qvineyada meydana gələn Ebola epidemiyası artıq bitib.

Ümumilikdə, rəsmilər 16 nəfərin ebola virusuna yoluxduğunu təsdiqləyiblər. Onlardan 12-i dünyasını dəyişib.

Ebola virusu insanlarə və bəzi heyvan növlərinə təsir edən kəskin bir viral infeksiyadır. Ebola epidemiyası 2015-ci ildə Qərbi Afrikada başlayıb və əsasən üç ölkəni əhatə etdi: Gine, Sierra Leone və Liberiya.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84