"Ssenari elə qurulub ki, zərərçəkmiş tərəf bu gün təqsirləndirilən tərəf olub..." - GİLEY

18:24 - 12 Avqust
    1815 oxunma

Məhkəmə-Hüquq Şurasının sədri, Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova

Surəti Azərbaycan Respublikasının baş prokuroru cənab Kamran Əliyevə

Surəti Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri cənab Mahmud Nəbiyevə

Suraxanı rayonu A. Rzayev küçəsi 670 nömrəli evdə qeydiyyatda olmaqla yaşayan Bayramova Lyudmila Məcid qızı tərəfindən

MÜRACİƏT

Hörmətli səlahiyyət sahibləri,

Sizi müraciət edən ailəyə çörək gətirən yeganə övladı Mirzəyev Maarif Arif oğlu qanunsuz, şərlənərək həbs olunan gözü yaşlı anadır. Qısaca olaraq bildirim ki, oğlum dostu Kərimli Pərvin Yusif oğlu ilə birlikdə xeyli müddətdir Pərvinə borclu olan 13 min manat pulu verməkdən müxtəlif bəhanələrlə boyun qaçıran Qasımov Aqil Mustafa oğlundan halalca pulunu istədiyinə görə 1 ildən artıqdır ki, həbsdədir.

Borclu olan şəxs pulu qaytarmaqdan boyun qaçırmaq üçün müxtəlif bəhanələr uyduraraq borc sahibinə qarşı hörmətsizlik nümayiş etdirməklə bərabər həm də etibardan sui-istifadə edib. Gəlin razılaşaq ki, indi elə zəmanədir ki, kimsə hətta ən yaxın dostuna belə 100 manat borc vermir.

Amma oğlumun dostu olan Pərvin Kərimli özünə yaxın dost bildiyi adama o boyda pul verib və bu gün o da oğlumla ona görə həbsdədir ki, halalca pulunu istəyib. Amma borclu elə ssenari quraşdırıb ki, gerçək zərərçəkmiş olan tərəf bu gün təqsirləndirilən tərəf kimi təcridxanada ədalətin təntənəsini gözləyir.

"Ssenari elə qurulub ki, zərərçəkmiş tərəf bu gün təqsirləndirilən tərəf olub..."
"Ssenari elə qurulub ki, zərərçəkmiş tərəf bu gün təqsirləndirilən tərəf olub..."

Möhtərəm səlahiyyət sahibləri!

İstintaqın tamamilə qərəzli aparılması ümid edirəm ki, məhkəmədə tamamilə üzə çıxacaq və qurulmuş ssenari ifşa olunaraq oğlum və onun dostu haqq etdiyi azadlığına qovuşacaq. Ancaq dünyanı bürümüş pandemiya səbəbindən cinayət iş bir neçə ay öncədən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də bu günədək baxılmır. Nəticədə həm oğlum zindanda çürüyür, həm də onun xəstə anası olan mən heç bir yerdə işləmədiyimdən bir parça çörəyə möhtac qalmışam. İntizarla gözləyirəm ki, tezliklə məhkəmə prosesi keçirilsin və oğlum azadlığa çıxaraq ailəsinə çörəkpulu qazansın.

Məlumat üçün bildirim ki, istintaqda adı zərəçəkmiş kimi keçən və borclu olduğu pulu qaytarmaqdan imtina edən Qasımov Aqil Mustafa oğlu təqsirləndirilən şəxslərə qarşı iddialarından imtina etmiş və bunu natorial qaydada təsdiq etmişdir. Nəticədə guya müstəntiqin özündən uydurduğu hədə qorxu ilə pul tələb etmə maddəsi öz qüvvəsini itirmişdir. Ona görə də xahiş edirəm həmin cinayət işini şəxsi nəzarətinizə götürəsiniz və ən qısa müddətdə məhkəmə prosesinin keçirilərək ədalətin bərpasına səbəb olasınız. Öncədən hər birinizə təşəkkürümü bildirirəm. //moderator.az//

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84