Sürüşmə nəticəsində dəymiş ziyan AÇIQLANDI

13:21 - 29 Yanvar
    6320 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Badamdarda baş verən torpaq sürüşməsi nəticəsində insan tələfatı olmasa da, ərazidə olan restorana ziyan dəyib.  

Bizimxeber.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib. Onun sözlərinə görə, sözügedən restoran fəaliyyətsiz olub: “Bildiyiniz kimi ötən gün axşam saatlarında 20-ci massiv deyilən ərazidə yenidən torpaq sürüməsi baş verib. Xoşbəxtlikdən sürüşmə zamanı insan tələfatı olmayıb. Yalnız fəaliyyəti vaxtı ilə bizim tərəfimizdən dayandırılan restoranın mətbəx hissəsində dağıntılar baş verib”. 

E. Əsədov qeyd edib ki, bu günə kimi Bakının bir neçə dəfə baş planı hazırlanıb və hər dəfə sürüşmə baş verən ərazi qeydə alınıb: “Badamdar Bakının ən təhlükəli sürüşmə zonasıdır. Bu günə kimi Bakının bir neçə dəfə baş planı hazırlanıb və hər zaman bu ərazi də nəzərə alınıb. Lakin uzun müddət, hətta Sovet dövründən başlayaraq yamacın yuxarı ərazisində mühəndis hazırlıq işləri görülmədən, yaşayış obyektləri və mülki obyektlər tikilib”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84