Sürətli inkişaf üçün Səfər Mehdiyevlə Azər Məmmədov şəffaf işləməlidir

12:40 - 14 Yanvar
    4030 oxunma

Uzun illər dediyimiz “Azərbaycan müharibə şəraitində yaşayır” fikirləri artıq tarixə qovuşub. Hər kəs "Qarabağ Azərbaycandır!" deyib vətənin müdafisəinə qatıldı və qalib olduq. İndi Azərbaycanda inkişaf, yeni-yeni layihələrin işlənməsi, dünyaya yeni inteqrasiya dövrü başlayıb. Əlbətdə ki, müharibə və pandemiyadan çıxmış dövlətin inkişafının əsas qayəsini pul, gəlirlər, ən əsası şəffaf iqtisadiyyat təşkil edir. 

Üstəlik bir ilə yaxındır dünyanı cəhginə alan Covid-19 pandemiyası da Azərbaycandan yan keçməyib, iqtisadiyyatımıza bu və diğər şəkildə mənfi təsirlərini göstərib. Sərhədlər bağlanıb, ticarət əlaqələri zəifləyib, işsizlikdən əziyyət çəkən insanların sayı bir qədər də artıb və sairə.

Amma bu ağır günlər arxada qalır. Artıq dövlət və özəl strukturlarının qarşısında ciddi bir dövr başalayır. İstər dövlət, istərsə də özəl sektorda çalışanlar müharibə və pandemiya dövründə itirdiklərinin bərpasını düşünməkdədirlər, yeni dünya sistemləri ilə ayaqlaşmaq məcburiyyətindədirlər.

Bunun üçün əsas guc dövlət, əsasən də ölkəyə pul gətirən qurumların və sahibkarların payına düşür. Belə qurumlardan biri də Dövlət Gömrük Komitəsidir ki, indi o daha da şəffaf işləməlidir. Xarici, eləcə də Azərbaycanın sahibkarları bu qurumun yaratdığı süni əngəllərdən yorulmalı, bezməli deyil. Onlara sərbəst fəaliyyət üçün şərait yaradılmalı və lazım gələrsə əlavə güzəştlər edilməlidir.

Uzun illərdir Azərbaycanın gömrük sistemində islahatların, yeni-yeni layihələrin, kadr dəyişikliklərinin həyata keçirildiyi deyilsə də, ötən ilə kimi ciddi müsbət nəticələri görünmədi. Oxuduğumuz, gördüyümüz və eşitdiklərimizdən aydın oldu ki, gömrükdə yenə ciddi problemlər, sahibkarların incidilməsi və sair hallar mövcuddur. 

Həmçinin vergidaxilolmalarına nəzarəti gücləndirmək üçün yaradılan Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin də baş verənlərə sərt mövqey sərgiləmədiyinin şahidi olduq. Sözügedən baş idarə sərt nəzarət tədbirləri həyata keçirmək əvəzinə qanunsuz fəaliyyət göstərən şirkətlərin əməllərini görməzdən gəldi. Bütün bunlar da müharibə və pandemiya dövründə ölkə iqtisadiyyatının bir qədər də artıq zəifləməsinə gətirib çıxartdı.

Bu qurumlar daha şəffaf işləsəydi vəziyyət bundan da yaxşı ola bilərdi. Amma bütün bunların arxada qaldığını düşünüb bəlkə də keçənə güzəşt demək olar. 

Amma artıq 2021-ci ildir. Yeni və daha məsuliyyətli dövrün başlanğıcı. Azərbaycanın inkişaf etməsi və itirdiklərinin tez bir zamanda bərpası, həmçinin gələcəkdə yarana biləcək problemlərdən üzüağ çıxmamız üçün daha şəffaf fəaliyyət həyata keçirilməlidir. Ölkənin iqtisadi tarazlığının qorunması, vergidaxilolmalarının artırılması və sistemli fəaliyyət həm də sözügedən qurumların - Dövlər Gömrük Komitəsi və  Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin payına düşür. 

Ümid edək ki, DGK sədri Səfər Mehdiyev nəzarətindəki qurumda daha ciddi fəaliyyət həyata keçirəcək, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədov vergidən yayınan qanunsuz şirkətlərin fəaliyyətinə göz yummayacaq.

İnanaq ki, gömrükdə məmurların nəzarətində fəaliyyət göstərən, vergidən yayınan qanunsuz şirkətlərin sayı nəinki azalacaq, ümumiyyətlə ləğv olunacaq.

Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi bundan sonra sistemli fəaliyyət həyata keçirəcək və ölkə iqtisadiyyatının inkişafına axır ki öz tövhəsini verəcək. İstər Bakıda, istərsə də Sumqayıt gömrük idarələrində qanunsuz fəaliyyət göstərən şirkətlərin malarının rəsmiləşdiriməsi zamanı "artıq mümkün deyil, gedin rəsmiləşdirin, vergi ödəyin, qanunun tələblərinə əməl edin" sözü deyiləcək. 

Prezident İlham Əliyev uzun illərdir - "güclü istisadiyyat formalaşmalıdır, vergidaxilolmalarına ciddi nəzarət olunmalıdır, hər bir şirkət və ya fərdi sahibkar vergi ödəyicisinə çevrilməlidir, qara iqtisadiyyata son qoyulmalıdır" deyir və tələb edir. Odur ki, ölkə iqtisadiyyatının güclənməsi yalnız şəffaf fəaliyyətdən keçir.

Ümid edirik ki, bütün aidiyyatı qurumlar, eləcə də, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi sistemli və şəffaf fəaliyyət göstərəcək. Başqa formada Azərbaycan iqtisadiyyatının məlum durumdan çıxması üçün şansı yoxdur. 

Bu qurumların fəaliyyətini izləməkdə davam edəcəyik!

Bizmxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84