Sputnik V Türkiyədə istehsal ediləcək

14:12 - 23 Yanvar
    5960 oxunma


Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) Türkiyənin aparıcı əczaçılıq məhsulları istehsalçılarından biri ilə Türkiyədə Sputnik V koronavirus peyvəndi istehsalına dair bir müqavilə imzalayıb. 

Bu barədə "RİA Novosti" məlumat verib.Texnologiya transferinin artıq başlandığı bildirilib.

"Sputnik V peyvəndinin illik potensial istehsal həcmi ildə milyonlarla dozadır. Gələcəkdə istehsalın genişləndirilməsi məsələsi də müzakirə olunur. Peyvənd həm Türkiyə daxilində daxili bazara, həm də digər ölkələrə tədarük ediləcək",-deyə fonddan bildirilib.

Bildirilib ki, türk əməkdaşlar peyvəndə böyük maraq göstərirlər.

Sputnik V peyvəndi sübut edilmiş və yaxşı öyrənilmiş insan adenovirusu vektor platformasına əsaslanır və artıq Rusiya, Belarusiya, Argentina, BƏƏ, Macarıstan, Serbiya, Boliviya, Əlcəzair, Fələstin, Venesuela, Paraqvay və Türkmənistanda istifadə üçün təsdiqlənib. Həmçinin Avropa İttifaqında da peyvənd qeydiyyatı prosesi başladılıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84