Spiker yeni şöbənin yaradılmasının səbəbini açıqladı

19:26 - 15 May
    1655 oxunma

“Milli Məclisdə struktur və kadr islahatları aparılıb, bir sıra şöbələr ləğv edilib, yeni şöbələr yaradılıb, parlament Aparatının fəaliyyəti müasir tələblər səviyyəsində qurulub”.

Bizimxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə seçki dairələrini təmsil edən deputatların köməkçiləri ilə keçirilən görüşdə deyib.

O bildirib ki, yeni yaradılan şöbələrdən biri İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsidir: "Bu şöbənin fəaliyyətinin əsas istiqaməti qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir.

Ümumi işin səmərəsini artırmaq və vətəndaş məmnunluğunu təmin etmək üçün   deputat köməkçiləri yeni şöbə ilə iş birliyi şəraitində çalışmalıdır”.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84