Şoyqu Rusiya ordusundakı ayrı-seçkilikdən şikayətləndi - QALMAQAL
-
910 oxunma

Rusiyanın Tuva Respublikasında hərbi xidmətə gedən Şoyqu adlı əsgər rus ordusunda etnik mənsubiyyətə görə ayrı-seçkilikdən şikayətlənib. O, müraciəti “İnstaqram” hesabında ana dilində yayımlayıb. Əsgər Yaroslavl vilayətindəki Rostov Velikyada xidmət etdiyini və komandanın “milliyyətinə, “Şoyqu” adını daşıdığına və Tuva Respublikasından gəldiyinə görə incidildiyini və təhqir olunduğunu yazıb.
Məsələ ilə bağlı “Lenta.ru” Müdafiə Nazirliyinə şərh üçün müraciət edib. Lakin hələ ki, cavab ala bilməyib. Tuvanın rəhbəri Şolban Kara-ool “Vkontakte” səhifəsində hərbi komandanlıqla əlaqə saxladığını, bütün vəziyyətləri aydınlaşdırdığını və Şoyqunun haqlı olduğunu yazıb.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84