Şoyqu: “Qafqazda gərginliyin artmasında maraqlı deyilik”

18:31 - 25 Avqust
    1885 oxunma

“Sərhəddə baş verən olayları bilirik və müşahidə edirdik. Bazamıza uçuşlarla əlaqədar yaşanan narahatlıqları da bilirik”. Bunu Bakıda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu söyləyib.

“Bildirmək istəyirəm ki, bizim hərəkətlərimiz heç vaxt bizim qonşu və tərəfdaşımız olan Azərbaycana qarşı yönləndirilməyib. Rusiya Zaqafqaziyada gərginliyin artmasında maraqlı deyil”, - rusiyalı nazir bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistandakı bazasında hərbi qulluqçuları üçün sosial obyektlərin tikintisi ilə məşğuldur.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84