. .

Soros Fondu Ermənistandakı adamını dəyişir

12:57 - 17 Aprel
    14902 oxunma

Soros Fondu Ermənistandakı nümayəndəsini dəyişir.

Bizimxeber.az bildirir ki, bu barədə Sputnik xəbər yayıb. Məlumata görə, 2000-ci ildən bəri fonda rəhbərlik edən Larisa Minasyan əvəzinə bu vəzifəni fondda təxminən 20 il işləyən müavini David Amiryan alacaq. Bildirilir ki, Minasyan koronavirusdan vəfat edən ərinin ölümündən sonra təqaüdə çıxmaq qərarına gəlib.

Bu günlərdə Minasyanın təşkilatın direktoru vəzifəsindən uzaqlaşdırıldığı barədə məlumatlar da yayılmışdı.

Açıq Cəmiyyət Fondu Ermənistandakı ictimai təşkilatlara dəstək verən ən böyük xarici donorlardan biridir. Fond ictimai proqramları olduğu kimi sosial proqramları da maliyyələşdirir. Bu illər ərzində anti-Rusiya ideologiyası təşkilatları və LGBT cəmiyyətinin təbliğatçıları fonddan maliyyə alıb. Təxminən iki il əvvəl isə fond öz dəstəyindən faydalananlar haqqında məlumatların yayımlanmasını məhdudlaşdırıb və gizli fəaliyyət yolu seçib. 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84