“Son 10 ildə nə qədər adamlar fəxri ad aldılar, adamın əti tökülür“

19:25 - 08 May
    6145 oxunma

"Bunlara nəzarət edilməli, zəmanət verilməlidir”.

Bizimxeber.az xəbər verir ki, bunu Qaynarinfo-ya Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşlarılarının Mədəniyyət Nazirliyində apardığı yoxlama zamanı Əbülfəs Qarayevin müavini Rafiq Bayramovun saxlanılmasından danışarkən deyib.

Xalq artistinin sözlərinə görə, sınaqdan çıxmayan cavanları vəzifəyə gətirmək olmaz:

"Kimin günahı varsa, o da həbs olunsun. Dəhşətdir. Mənə dedilər, donub qaldım. Həmin müavin təzə qoyulub vəzifəyə. Mənə verilən məlumat görə, Ədalət Vəliyevin yerinə təyin edilib. Cavanların özünü də kütləvi şəkildə vəzifəyə gətirəndə ehtiyatlı olmaq lazımdır. Buna nəzarət edilməli, zəmanət verilməlidir. Bunlar sınaqdan çıxmalıdırlar. Son 10 ildə nə qədər adamlar fəxri ad aldılar. Adamın əti tökülür eşidəndə”.

Şeyx Əbdül Mahmudbəyov vəzifə təyinatında sovet dövrünün təcrübəsini xatırladıb:

"Bunların məndən zəhləsi gedir. Qoy bir az da getsin. Azərbaycan xalqı və onun prezidenti var. Azərbaycan xalqı prezidentin partiyasıdır. Sovet hökümətinin vaxtında Kommunist Partiyası adi bir adamı vəzifəyə gətirəndə 3 nəfər ləyaqətli üzv zəmanət verirdi. Və həmin adamlar verdiyi zəmanətə görə məsuliyyət daşıyırdılar. İndi bu nədir? Xeyir ola?” 

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları bu gün Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov saxlanılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84