.
.

SOCAR tranzit ediləcək Rusiya qazının həcmlərini açıqlayıb

17:34 - 05 Aprel
    29200 oxunma


SOCAR və "Qazprom Export" şirkətləri arasında imzalanmış qısamüddətli müqavilə 150 mln. kubmetr civarında Rusiya qazının nəqlini nəzərdə tutur. Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. 

"Rusiya qazının Gürcüstana tranziti ilə bağlı müqavilə 1 ay müddətinə bağlanılıb və 150 mln. kubmetr civarında qazın nəqlini nəzərdə tutur", - deyə İ. Əhmədov qeyd edib. Onun sözlərinə görə, Rusiya qazının tranziti hazırda davam etdirilir.

Xatırladaq ki, SOCAR və "Qazprom Export" arasında qısamüddətli müqavilə bu ilin martın 16-da imzalanıb imzalayıb. Bu, "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri zamanı Ermənistandakı istehlakçılara qaz tədarükünün (Azərbaycan ərazisi ilə – red.) davam etdirilməsinə imkan verib. Müqaviləyə əsasən, sözügedən qaz kəmərinin Rusiya hissəsində aparılacaq planlı profilaktik təmir işləri zamanı qaz istehlakçılara Azərbaycan ərazisi ilə Gürcüstan sərhədinədək çatdırılacaq. Təmir işləri üç həftəyə yaxın davam edə bilər. İşlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84