.
.

SMS icazə və avtobus qadağası qayıdır?

14:22 - 10 Mart
    7120 oxunma

"Hazırda sərt karantin tədbirlərinin tətbiq edilməsini məqsədəuyğun hesab etmirəm. Əgər növbəti günlərdə sərtləşdirici tədbirlər görülərsə, bu, SMS icazə sistemi, ictimai nəqliyyatın qadağası, iaşə müəssisələrinin qapadılması və s. barədə qərarlar ola bilər”. 

Bunu ARB24-ün "Nə baş verir?” verilişinə müsahibəsində professor Adil Qeybulla deyib. O bildirib ki, əhali karantin sərtləşməsi ilə bağlı qərarları müsbət qarşılamayacaq: "Hazırkı vəziyyətin karantinin sərtləşdirilməsinə əsas vermədiyini düşünürəm.

Bu rəqəmlər çərçivəsində yoluxma olarsa, hazırkı vəziyyətdə stabil şəkildə davam edə bilərik. Çünki ölkədə həm peyvəndlənmə prosesi aparılır, həm də insanların özündə yoluxduqdan sonra immunitet formalaşıb. Epidemioloji vəziyyət pisləşərsə, artıq situasiyaya uyğun qərarlar veriləcək”.

A.Qeybulla onu da bildirib ki, maarifləndirici tədbirlərə üstünlük verilməli, qapalı məkanlarda karantin davranış qaydalarına düzgün riayət edilməlidir. Bundan başqa o, ictimai nəqliyyatda ciddi qayda-qanun yaratmağın lazım olduğunu qeyd edib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84