. .

Sülhməramlıların müşayəti ilə daha 75 erməni Amaras monastrına gəlib

12:22 - 27 Aprel
    5086 oxunma

Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları növbəti 75 nəfərlik ermənilərdən ibarət qrupu Amaras xristian monastırının ziyarəti zamanı müşayət edib. Monastrı görməyə gələnlər əsasən Xankəndində yaşayan ermənilərdir. 

"Rusiya sülhməramlıları da olmadan insanlar buraya gələ bilərlər, amma bu təhlükəsiz deyil. İndi isə təhlükəsizdir, çünki bizim təhlükəsizliyimizin zəmanəti Rusiya bayrağıdır. Sülhməramlılar təkcə sülh və əmin-amanlığı qoruyub saxlamırlar. Onlar bizimlə yaşayırlar və insanlara məna verirlər, iman gətirən və həyatın çiçəklənəcəyini inkar edirlər", - deyə Amaras monastırının keşişi Gegard Ohanesyan deyib.

Qeyd edək ki, imzalanan üçtərəfli bəyanat nəticəsində sərhədlər müəyyənləşərkən Amaras monastırı sərhəd xəttinə yaxın ərazidə qalıb. Bu səbəbdən də Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları mütəmadi olaraq monastrı ziyarətə getmək istəyən erməniləri müşayət edir.

Qeyd edək ki, Amaras monastırı Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşir.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84