. .

Sülhməramlılar Qarabağda 650 km-dən çox yolu təmizləyib 

11:41 - 10 May
    1337 oxunma


Rusiya istehkamçıları Dağlıq Qarabağda artıq 650,3 km yol təmizləyib.  Bizimxeber.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, humanitar minalardan təmizləmə Mərkəzinin mühəndis-istehkamçı qrupları Dağlıq Qarabağın ərazisini partlayıcı obyektlərdən təmizləməkdə davam edirlər. "Sutka ərzində 11 bina yoxlanılıb, 5 ha ərazi təmizlənib, 3 km yol təmizlənib, 3 partlayıcı əşya aşkarlanıb", - deyə məlumatda bildirilir.

Rusiya Müdafiə Nazirliyinin son məlumatına görə, cəmi 23 noyabr 2020-ci il tarixindən 2 098 hektar, 1 796 bina (o cümlədən 30 sosial əhəmiyyətli obyekt) partladılmış silah-sursatlardan təmizlənmiş, 25 611 partlayıcı əşya aşkar edilərək zərərsizləşdirilib.

Atəşin və hərbi əməliyyatların dayandırılmasına nəzarət üçün Dağlıq Qarabağ münaqişəsi zonasında 1960 hərbçi, 90 zirehli transportyor, 380 avtomobil və xüsusi texnika olan Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84