Sülh danışıqlarını irəli apara bilərik, lakin... - Hacıyev

10:13 - 04 Oktyabr
    790 oxunma

Biz burada səbəb və nəticə prinsipinə əsaslanmalıyıq. Səbəb budur ki, Ermənistan Azərbaycanın bu bölgəsini, ona bitişik rayonları işğal edib. Bu, əsas səbəbdir və regionda sülhə, sabitliyə əsas təhlükədir. Bu, son gərginliklərə də əsas səbəbdir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Russia Today Arabic” kanalına müsahibəsində bildirib.

"Bu fəaliyyətlərin nəticəsi isə budur ki, biz sülh danışıqlarını irəli apara bilərik, lakin burada erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını tərk etməsi, işğal vəziyyətinin sona çatması lazımdır. Bu münaqişənin həllinə nail olmaq üçün beynəlxalq hüquqa istinad etmək lazımdır", - H.Hacıyev qeyd edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84