Siyavuş Novruzov YAP-ın qərargahını tərk etdi

12:36 - 12 Sentyabr
    1755 oxunma

Azərbaycan Milli Elmlər Akdemiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verən Siyavuş Novruzov YAP-ın qərargahını tərk edib. S.Novruzov partiyanın qərargahına gəlmir. Onun kabineti də boşaldılıb.

Məlumatda o da qeyd olunub ki, mətbuatda hakim partiyanın növbəti qurultayının keçiriləcəyi ilə bağlı müzakirələr aparılsa da, YAP-ın bu barədə yekdil qərarı yoxdur. Qeyd edək ki, S.Novruzov hazırda Milli Məclisin Regional məsələlər komitəsinin sədridir.

Bizimxeber.az
 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84